Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

Türkiyənin turizm cənnəti Antalyadan Reportaj – Gazeteci Ülker Piriyeva

Türkiyənin turizm cənnəti Antalyadan Reportaj – Gazeteci Ülker Piriyeva
REKLAM ALANI
18.07.2023
A+
A-

Türkiyənin turizm cənnəti Antalyadan Reportaj – Gazeteci Ülker Piriyeva

Ülker Piriyeva – AZERBAYCAN

“Go Türkiye” proqramı çərçivəsində Türkiyənin turizm imkanları tanıdılır.

Açıklama yok.

1453 Kral Media xəbər agentliyi xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosu dünyanın altı ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşərək, ilk səfərlərini Antalyadan başlayıblar.

Açıklama yok.

Belə ki, proqramda Azərbaycan, Özbəkistan Qazaxıstan, Serbiya, Macarıstan və Rumıniya olmaqla altı ölkədən olan beynəlxalq jurnalistlər və eyni zamanda bloqqerlər iştirak edir. Azərbaycanı xəbər saytı olaraq Azadmedia.az və saytın Redaktoru, Türkiyə 1453 Kral Media xəbər agentliyinin Azərbaycan rəhbəri, jurnalist Ülkər Piriyeva təmsil edir.

Açıklama yok.

Dənizin, günəşin, təbiətin və tarixin bir araya gəldiyi sehirli şəhər – ANTALYA.

Türkiyənin turizm cənnəti olan Antalyanın hər səmti başlı başına bir təbiət möcüzəsidir. Antalya Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biridir.

Antalyanın qədim adı Pamfiliya idi və burada salınan şəhərlər xüsusilə II və III əsr öz qızıl dövrünü yaşayıb. 5-ci əsrə doğru əvvəlki şöhrətini itirib. Bölgə Şərqi Roma və ya Türkiyədə bilindiyi kimi Bizanslıların hakimiyyəti altında ikən 1207-ci ildə Səlcuqlular tərəfindən türk torpaqlarına birləşdirilib.

Bəli, zamanla Ataliya, Adalya deyənlər oldu, sonda isə Antalya adı ilə tarixdə öz yerini tapdı. Arxeoloji qazıntılarda 40 min il əvvəl Antalya və ətraf ərazilərdə insanların yaşadığı sübuta yetirilib.

Antalya vilayətinin rayonları – Akseki, Alanya, Elmalı, Finike, Qazipaşa, Gündoğmuş, İbradı, Demre, Kaş, Kemer, Korkuteli, Kumluca, Manavgat, Serik, Muratpaşa, Konyaaltı, Aksu, Döşemealtı, Kəpəzdir.

Türkiyənin turizm möcüsəsi olan Antalya şəhəri Aralıq dənizi sahili boyunca uzanan kilometrlərlə sahil xətti, qədim şəhərləri, təbii gözəllikləri, muzeyləri və gözəl mənzərələri ilə yerli və xarici turistlərin ən sevimli məkanıdır. Xüsusilə yay fəslində yerli və xarici turistlərlə dolu olan Antalyanın tarixi yerləri zəngin tarixi ilə tanınan Anadolu torpaqlarının aynasıdır.

Açıklama yok.

Tarixdə bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmiş olan Antalya geniş bir mədəniyyət spektrinə malikdir. Şəhər həm də daxili və xarici köçlərə görə çoxmillətli şəhər olma xüsusiyyətinə malikdir. Tarixdə Likiyalıların, Lidiyalıların, Pamfiliyalıların, Perqamonların, Romalıların, Bizanslıların, Səlcuqlu, Osmanlıların və nəhayət, Türkiyə Cümhuriyyətinin hakimiyyəti altında olan Antalya bu sivilizasiyaların heç birində paytaxt olmayıb.

Açıklama yok.

Antalyanın yerləşdiyi mənzərəli sahil zonası qeyri-rəsmi olaraq “Türk Rivierası” adlanır. 24 saat canlı atmosferə malik olan Antalya dörd milli parka ev sahibliyi edir – Olimpos Bəy Dağları Sahil Milli Parkı, Güllük Dağı,

Açıklama yok.
Termessos Milli Parkı, Köprülü Kanyon Milli Parkı, Altınbeşik Mağarası Milli Parkı. Milli parkları, zəngin tarixi abidələri və möhtəşəm marinası ilə Aralıq dənizinin göz bəbəyi olan Antalya, rayonları və tətil mərkəzləri ilə Türkiyə turizminin ən əhəmiyyətli şəhəri olmaqla bərabər, həmçinin sürətlə böyüyən və xaricə yönəlmiş sosial-mədəni quruluşu ilə insanları çox fərqli üfüqlərə cəlb edə bilən bir vilayətdir.

Açıklama yok.

Hazırda, 400-dən çox 5 ulduzlu oteli olan Antalya, əksər ölkələrdəki otel sayından daha çox otelə malikdir. İldə 10 milyondan çox turisti özünə cəlb edən Antalyada dünyanın müxtəlif ölkələrindən olan çox fərqli mədəniyyətlərə malik 50 minə yaxın əcnəbi yaşamaqdadır. Türkiyə turizminin flaqmanı olan şəhər dünya turizmində ilk ağla gələn adlardan biridir.

Açıklama yok.

Roma, Səlcuqlu və Osmanlı kimi bir çox sivilizasiyanın mirasını özündə ehtiva edən bu füsunkar şəhər müasir dünyanın turistik cazibə mərkəzi olmağa davam edir.

Açıklama yok.

Əzəl gündən tarixi binalar arasında gəzməyi çox sevirəm. Belə olan halda, şəhərin mürəkkəb və izdihamlı vəziyyəti ilə daha yaxından tanış olursan və bu sənə heç də çətin gəlmir. Turizm mərkəzi Antalyanın cazibədar təbiəti ilə yanaşı, Kaleiçi də bu hissləri yaşadan qədim məkanlardan biridir. Qədim şəhər səmti olaraq da bilinən Antalya Kaleiçi mütləq buraya gəldiyinizdə görüb gəzməniz gərəkən yerlər arasında olmalıdır. Ancaq tövsüyyəm odur ki, mütləq bir gününüzü burada keçirib dolu-dolu zövq alasınız. Kaleiçinin küçələrini gəzin, dənizi və gün batımını seyr edin. Axşam balıq restoranlarının birində xoş və rəngarəng təamlardan dadın.

Açıklama yok.

Özünəməxsus memarlıq üslubları ilə Kaleiçi evləri isti yay aylarında sərin, soyuq qış aylarında isə isti saxlamaq üçün nəzərdə tutulub. Evlərin tikintisində istifadə olunan bağ şüası evlərin zəlzələyə davamlı olmasına kömək edir. Kaleiçi evləri memarlıq orijinallığı və tarix qoxuyan quruluşu ilə həm yerli sakinləri, həm də turistləri eyni səviyyədə valeh etməyə davam edir.

Açıklama yok.

Açıklama yok.

Burada sadəcə küçələrdə gəzmək belə zövq verir. Tarixi divarlar arasında dolaşmağı sevən birisinizsə, Kaleiçi tam olaraq sizin üçündür. Gəzdikcə Osmanlı, Bizans və Səlcuqluların izlərini hər addımda görə bilərsiniz. Qədimi küçələr başdan-başa meyxanalar, restoranlar, otellər, antikvar və suvenir mağazaları ilə doludur.

Açıklama yok.

Maraqlı təqdimatı ilə maraş dondurması, istidə sərinlik gətirən çeşidli buzlu limonadlar, dənizin sərin mehi və s…

Açıklama yok.

Təbiiki gəzdikcə bütün bunlar bitmir. Əgər labirint kimi olan küçələrdə qeybolsanız, qətiyyən qorxmayın, həyat da belə deyildirmi? Hər yeni yol və hər yeni addım özlüyündə insana yeni sərgüzəştlər gətirir. Odur ki, əsla qorxmayın..

Açıklama yok.

Belə ki, Kaleiçi təsəvvür etdiyinizdən də daha böyük bir yerdir, lakin yerli və xarici turistlər üçün başlanğıc nöqtəsi adətən Hadrian Qapısı olur. Roma İmparatorunun şərəfinə tam 1870 illik Hadrian qapısı.. Buradan gəzintiyə başlayırlar və dənizə tərəf yol alırlar. Siz də bu yolu izləyə bilərsiniz. Hətda yenidən Hadrian tərəfinə qayıtmaq istəyirsinizsə, Kaleiçi Liftindən pulsuz istifadə edə bilərsiniz. Doğrudur, mən istifadə etmədim, lakin gəzi rəhbərimiz Mustafa bəyin verdiyi məlumat belə idi..

Açıklama yok.

Bütün bunlarla da bitmir. Monumental qəbiristanlıq məqsədi ilə tikilmiş Hıdırlıq qalası Roma dövründən bəri toxunulmaz olaraq qalmağı bacarmışdır. Həm də müdafiə qülləsi, mayak və gözətçi qülləsi kimi istifadə edilmişdir. Yerli sakinlərdən duyduğuma görə, bu gün xüsusi tədbirlər üçün istifadə olunur.

Açıklama yok.
Gəlin biraz da mövsümi yeməklərdən danışaq. Məsələn, balıqları digər ətini istehlak etdiyimiz canlılardan fərqləndirən ən fərqli xüsusiyyət mövsümi istehlak təqviminin olmasıdır. Aparılan araşdırmalar baxıldığında, balıqların düzgün ay və mövsümə uyğun istehlakının sağlamlıq baxımından normaldan daha faydalı və təsirli olduğu, iqlimin balıqlarda vitamin-mineral fərqi yaratdığı müşahidə edilmişdir. Xüsusilə, Antalya balıq restoranlarında balıq vitrinlərində mövsümi balıq növləri dəyişdirilir. Ancaq biz iyul ayında “Go Turkiye” proqramı ilə Antalyaya getdiyimiz üçün iyul ayının iki balıq növünün adlarını sizə çəkəcəyəm. Deməli, Sardina və skumbriya iyul ayının iki şanslı balığıdır. İyul ayı bu iki balığın dadının adi aylarla müqayisədə ən yüksək olduğu aydır. Məlum olduğu kimi, ətin yağlılığı nə qədər yüksək olarsa, onun dadı bir o qədər yaxşı olar. Sardinya və skumbriyanın ən yağlı dövrü olan iyul ayında ən üst səviyyədə balıqdan ləzzət ala bilərsiniz.

Açıklama yok.

Antalyanın simvolu sayılan Yivli Minare Məscidi və Külliyesini demək olar ki, hər yerdən görmək olar. O, həm də ilk Səlcuqlu və İslam əsərlərindən sayılır. Cümhuriyyət meydanına gəldiyiniz zaman görə biləcəyiniz bu tikilinin Bizans kilsəsi üzərində inşa edildiyi və Əlaəddin Keykubat dövründə məscidə çevrildiyi təxmin edilir. Həmçinin altı günbəzi var.

Açıklama yok.

Əgər, Antalyada Kaleiçinin necə bir yer olduğunu və getməyə dəyər olub olmadığını bilmək istəyirsinizsə, deyə bilərəm ki, mütləq görməli olduğunuz bənzərsiz bir mədəniyyət bölgəsidir. Muzeyləri, saat qülləsi, küçələri, çimərliyi, marina və daha bir çox nadir gəziləsi yerləri ilə gözəlliyinə heyran qalacağınız Kaleiçi bu yay mütləq tətil seçiminizdə olması lazım olan bənzərsiz bir yerdir.

Açıklama yok.

Türkiyə, Antalya vilayətindən sevgi ilə qalın..

18 Temmuz, 2023/ Ülker Piriyeva

Açıklama yok.

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.