Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

Stanislav Yudeniçin möhtəşəm “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda təqdim olunacaq

Stanislav Yudeniçin möhtəşəm “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda təqdim olunacaq
REKLAM ALANI
10.10.2023
A+
A-

 

 

 

 

Stanislav Yudeniçin möhtəşəm “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda təqdim olunacaq

 

 

 

, 2023

Stanislav Yudeniçin möhtəşəm “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda təqdim olunacaq

 

 

Tanınmış ABŞ musiqiçişi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək.

 

 

Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim ediləcək.

 

 

Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsidir.

10, 12 və 14 oktyabr tarixlərində baş tutacaq konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış edəcəklər. Musiqiçiləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın əməkdar artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa Mehmandarov idarə edəcək.

Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə “Florida Keys” musiqi müsabiqəsinin qalibi olub.

 

 

Pərvin Muradov bildirib ki, bir il ərzində Bakı şəhərinin Stanislav Yudeniçin “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsinə daxil edilməsi və onunla bu layihə çərçivəsində əməkdaşlıq edilməsi məqsədilə müzakirələr aparılıb: “Nəhayət, bu arzumuz gerçəkləşib”.

Soydaşımız bu layihəyə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib: “Fərqli icmalar və ölkələr arasında mədəni mübadilənin və anlaşmanın təşviq edilməsində sizin işinizi yüksək qiymətləndiririk”.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/stanislav-yudenicin-mohtesem-dunya-konsertleri-turnesi-ilk-defe-bakida-teqdim-olunacaq-3656

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.