Millət vəkili Məşhur Məmmədov,
“Zəngilan önəmli nəqliyyat qovşağıdır”, ÖZEL
Millet vekili Meşhur Memmedov,
Türkiye, 20 ekim — 1453 Kral Medya haber ajansı
20 oktyabr 2020-ci il tarixində Müzaffər Ali Baş Komandan İlham Əliyev və onun peşəkar ordusu sayəsində Zəngilan şəhərinin işğaldan azad edilməsi Azərbaycanın tarixinə şanlı bir səhifə kimi yazıldı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətə malik olan Zəngilan şəhərini işğaldan azad edərək, ölkənin ərazi bütövlüyünün bərpası yolunda növbəti əhəmiyyətli addım atdı. Zəngilanın azad olunması təkcə hərbi uğur deyil, həm də Azərbaycanın milli ruhunun dirçəlişi və gücünün təcəssümü oldu.
Zəngilan şəhəri Azərbaycanın cənub-qərb hissəsində, Ermənistanla sərhəd bölgəsində yerləşir. Şəhərin coğrafi mövqeyi, xüsusilə də təbiəti, iqtisadi potensialı və nəqliyyat yollarına yaxınlığı ona xüsusi strateji əhəmiyyət qazandırır. Qarabağ münaqişəsi zamanı 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Zəngilan, təxminən 27 il işğal altında qaldı. Bu müddət ərzində şəhər və rayonun digər yaşayış məntəqələri dağıdıldı, mədəni və tarixi irsi məhv edildi.
İkinci Qarabağ müharibəsinin 44 günlük qələbə döyüşündə Zəngilanın azad olunması mühüm mərhələ idi. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu məğlub edərək, Zəngilanı 20 oktyabr 2020-ci ildə işğaldan azad etməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda böyük bir addım kimi tarixə düşdü. Zəngilanın azad olunması ilə yanaşı, Azərbaycanın cənub-qərb sərhədlərinin Ermənistan işğalından azad edilməsi də mühüm strateji uğur oldu.
Zəngilanın azad edilməsindən sonra Azərbaycan hökuməti bu bölgənin bərpası və yenidən qurulması üçün genişmiqyaslı layihələrə start verdi. Prezident İlham Əliyevin rəhbərliyi altında bölgədə yeni infrastruktur layihələri, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilməyə başladı. Zəngilanın gələcək inkişafı, Qarabağ və ətraf bölgələrin yenidən çiçəklənməsi üçün mühüm bir addım olaraq qiymətləndirilir.
Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.
Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf edib.
Azərbaycan-İran sərhədi Zəngilanın işğaldan azad olunması ilə tam bərpa edilmişdir. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır.
Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.
4-cü ildir ki, 20 Oktyabr Zəngilan Günü Azərbaycan xalqı üçün qürur və zəfər simvoluna çevrilib. Bu gün, Azərbaycan xalqının birliyinin, dözümünün və öz torpaqlarını azad etmək iradəsinin simvolu kimi qeyd olunur. Qarabağ münaqişəsində şəhid olanların xatirəsi hər zaman hörmətlə yad edilir, onların qanı bahasına qazanılan zəfər Azərbaycan tarixində əbədi olaraq qalacaq.
20 Oktyabr Zəngilan Günü, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin və əldə etdiyi uğurun bir göstəricisi kimi, həm də gələcək nəsillərə milli iradə və vətənpərvərliyin simvolu olaraq yad edilməyə davam edəcək.
Ülker PİRİYEVA/AZERBAYCAN
TARIMKON GENEL BAŞKANI HAKAN YÜKSEL`DEN 24 KASIM ÖĞRETMENLER GÜNÜ MESAJI
Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi
Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor
Поиск путей взаимодействия и открытый диалог: в Сочи прошёл симпозиум стран БРИКС и Европы
Millət vəkili Məşhur Məmmədov, “YAP – Siyasi sabitlik, davamlı inkişaf, ÖZEL
Birleşik Rusya’nın desteğiyle Lugansk’ta 30 yılı aşkın süredir evli olan çiftler için bir yarışma düzenlendi