6 dekabr, 2025
Litvada Azərbaycan Günü maraqla qarşılanıb
Litvanın “International House Vilnius” Xidmət və İnteqrasiya Mərkəzinin fəaliyyətə başlamasının 4 illiyi münasibətilə müxtəlif icmalar üçün xüsusi günlərin təşkili proqramı həyata keçirilir. Bu proqram çərçivəsində növbəti tədbir Azərbaycan icmasının təşəbbüsü və adı çəkilən mərkəzin təşkilatçılığı ilə “Azərbaycan Günü” olub.
https://x.com/DiasporaAz/status/1996884904324317185
Tədbir iştirakçıları ölkəmizin mətbəxinə aid yeməklərin hazırlanması prosesində iştirak ediblər. Onlara Azərbaycanın tarixi, zəngin mədəni irsi haqqında məlumat verilib. Müxtəlif intellektual oyunlar keçirilib. Uşaqlar üçün nəzərdə tutulan xüsusi guşədə isə milli xalça naxışları ilə rəngləmə və digər yaradıcı fəaliyyətlər təşkil olunub. İnsanlar ölkəmizlə bağlı öz fikirlərini və xatirələrini bölüşüblər. Müxtəlif millətlərin nümayəndələri Azərbaycan mədəniyyətinə heyranlıqlarını ifadə ediblər.
https://x.com/DiasporaAz/status/1996884904324317185
Qeyd edək ki, “International House Vilnius” Litvanın paytaxtı Vilnüsə köçən xarici vətəndaşlar üçün yaradılmış rəsmi xidmət və inteqrasiya mərkəzidir.
Bu cür tədbirlər ölkəmizin mədəni irsini tanıdılması ilə yanaşı, beynəlxalq icmalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə də müsbət təsir göstərir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1996884904324317185
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
Kaynak:https://diaspor.gov.az/az/news-detail/litvada-azerbaycan-gunu-maraqla-qarsilanib-6410
https://x.com/DiasporaAz/status/1996884904324317185
Birleşik Rusya’nın yardımıyla, Mordovya’da Zarya köyü gazlaştırıldı
Birleşik Rusya, Çelyabinsk’ten çok çocuklu bir annenin savunmasına geçti
По Народной программе «Единой России»-2021 в селе Татарстана построили площадку для сдачи нормативов ГТО
Yaroslavl’da, “Rusya’nın Gücü” maratonunun bir parçası olarak, engelli bireyler için bir satranç ve dama turnuvası düzenlendi
13. AB-Orta Asya Yüksek Düzeyli Siyasi ve Güvenlik Diyaloğuna Katılım
OSMANLI ÜLKÜ HAREKETİ FEDERASYONU TEŞKİLAT BAŞKANI MUSA APAYDIN: “TERÖRSÜZ TÜRKİYE HEDEFİNİ DESTEKLİYORUZ”