Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

İsveçrədəki soydaşlarımızla görüşlər keçirilib

İsveçrədəki soydaşlarımızla görüşlər keçirilib
REKLAM ALANI
06.03.2023
A+
A-

 

 

 

 

İsveçrədəki soydaşlarımızla görüşlər keçirilib
6 mart, 2023
İsveçrədəki soydaşlarımızla görüşlər keçirilib
İsveçrəyə səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Vaqif Seyidbəyovun Sürixdəki “Buta” rəqs dərnəyinin və Soloturndakı Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin üzvləri ilə görüşü keçirilib.

Görüşlər zamanı çıxış edən “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva-Bodmer, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə və Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras Azərbaycan həqiqətlərinin və zəngin mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Ölkəmizin həqiqətlərinin və mədəniyyətinin İsveçrədə təbliği-təşviqinə görə soydaşlarımıza minnətdarlığını bildirən Komitə sədrinin müavini hər iki təşkilatın gələcək planları ilə maraqlanıb və soydaşlarımızın suallarını cavablandırıb.

Sonra “Heydər Əliyev İli” çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/isvecredeki-soydaslarimizla-gorusler-kecirilib-2558

 

 

REKLAM ALANI