Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

İstanbulda Əhməd Cavadın 130 illiyi qeyd edilib

İstanbulda Əhməd Cavadın 130 illiyi qeyd edilib
REKLAM ALANI
29.12.2022
A+
A-

 

 

 

İstanbulda Əhməd Cavadın 130 illiyi qeyd edilib
29 dekabr, 2022

İstanbulda Əhməd Cavadın 130 illiyi qeyd edilib

Türkiyənin İstanbul şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) və “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Öncə istiqlal şairinin həyatının müxtəlif dövrlərini əhatə edən fotosərginin açılış mərasimi keçirilib. İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Sevinc Suleymanova, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin sədr müavini Letafet Refiq, TADEF sədrinin müavini Pərviz Məmmədzadə, Şişli bələdiyyə sədr müavini Ömer Lütfi Özenç çıxış ediblər. Natiqlər ölkələrimiz arasındakı tarixi bağlardan, Azərbaycanın ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarından biri olan Əhməd Cavadın bu bağların möhkəmləndirilməsindəki rolundan danışıblar.

Sonra şairin kəşməkeşli həyatını və mücadilə yollarını əks etdirən sənədli film və “Əhməd Cavad könül adamı” adlı tamaşa nümayiş etdirilib.

Tamaşadan sonra çıxış edən “Xarıbülbül” Vizyon Teatr Dərnəyinin rəhbəri Kəmalə Kamal bildirib ki, ölkəmizin dövlət rəmzlərini və türk dünyasının dəyərlərini şeiriyyətilə tərənnüm edən şair xalqımıza azadlıq və vətənpərvərlik motivləri ilə zəngin yaradıcılıq irsi bəxş edib. Azərbaycanın dövlət başçısının tarixi şəxsiyyətlərimizə verdiyi dəyərə diqqəti cəlb edən dərnək rəhbəri bu istiqamətdə atılan addımlardan, Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd edilməsinə dair Azərbaycan Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamından söz açıb.

Qeyd edək ki, sənədli filmi və tamaşanı Letafet Refiq, Kəmalə Kamal, Bahadur Məhərrəmov, Mine Bayrakeri və Yunus Soyupekin təmsil olunduğu yaradıcı heyət ərsəyə gətirib. Tamaşada Kəmalə Kamal, Bertan Ata, Bülent Altay və Onur Kemer kimi aktyor heyəti çıxış edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Kaynak:http://diaspor.gov.az/az/news-detail/istanbulda-ehmed-cavadin-130-illiyi-qeyd-edilib-2132

 

 

REKLAM ALANI
Arabic Arabic Chinese (Simplified) Chinese (Simplified) Dutch Dutch English English French French German German Italian Italian Portuguese Portuguese Russian Russian Spanish Spanish Turkish Turkish