Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

Fuad Muradov: “Heydər Əliyevin Azərbaycan tarixində, Naxçıvanın isə Heydər Əliyevin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir”

Fuad Muradov: “Heydər Əliyevin Azərbaycan tarixində, Naxçıvanın isə Heydər Əliyevin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir”
REKLAM ALANI
14.08.2023
A+
A-

 

 

 

 

 

 

 

 

 

 

Fuad Muradov: “Heydər Əliyevin Azərbaycan tarixində, Naxçıvanın isə Heydər Əliyevin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir”

14 avqust, 2023

 

 

 

 

Fuad Muradov: “Heydər Əliyevin Azərbaycan tarixində, Naxçıvanın isə Heydər Əliyevin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir”

 

 

 

 

“Diaspor Gənclərinin IV Yay Düşərgəsi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub və “Heydər Əliyev İli” çərçivəsində təşkil edilib”.

 

 

 

 

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin rəsmi açılış mərasimində çıxışında səsləndirib.

 

 

 

 

 

O qeyd edib ki, Heydər Əliyevin Azərbaycan tarixində, Naxçıvanın isə Heydər Əliyevin həyatında rolu misilsiz və ölçüyəgəlməzdir: “Çünki ulu öndər məhz Naxçıvan şəhərində dünyaya gəlib, ilk təhsilini burada alıb, əmək fəaliyyətinə burada başlayıb. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı da Naxçıvanla bağlıdır. 1990-cı il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən Heydər Əliyev burada bir sıra tarixi qərarlara imza atıb. Onun təşəbbüsü ilə Ali Məclis 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızı muxtar respublikanın bayrağı elan edib və Azərbaycan Ali Soveti qarşısında analoji qərarın qəbulu təklifi ilə vəsatət qaldırıb (1991-ci il fevralın 5-də Ali Sovet vəsatəti qəbul edərək, Xalq Cümhuriyyətinin bayrağını Azərbaycanın dövlət bayrağı elan edib). 1991-ci il dekabrın 16-da Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib”.

 

 

 

 

Ümummilli liderin Azərbaycan diaspor quruculuğunun banisi olduğunu bildirən Komitə sədri onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıları tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə çağırıb. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında da Müzəffər Ali Baş Komandan dünya azərbaycanlılarını ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Diasporla İş üzrə Dövlət Komitəsi Prezidentin bu tövsiyələrini həmişə əldə rəhbər tutub”.

 

 

 

 

 

F.Muradov qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə həftəsonu Azərbaycan məktəbləri də fəaliyyətlərini genişləndirir: “Hazırda dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərində yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Xaricdə yetişən azərbaycanlı gənc nəslin Vətənlə bağlı olmaları, milli ruhda tərbiyə almaları, ilk növbədə, Azərbaycan dilini bilmələri məqsədilə bir çox layihələr həyata keçirilir. Məktəblər pedoqoji heyət və zəruri vəsaitlərlə təmin olunur”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/fuad-muradov-heyder-eliyevin-azerbaycan-tarixinde-naxcivanin-ise-heyder-eliyevin-heyatinda-rolu-misilsiz-ve-olcuyegelmezdir-3330

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.