Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

Bakıda Azərbaycan Türkiyə məzunları ilə Qarabağ şəhid ailələrinin görüşü keçirilib – ÖZEL

Bakıda Azərbaycan Türkiyə məzunları ilə Qarabağ şəhid ailələrinin görüşü keçirilib – ÖZEL
REKLAM ALANI
08.02.2022
A+
A-

Ülker Piriyeva – AZERBAYCAN

Bakıda “Azərbaycan Türkiyə məzunları və Qarabağ şəhid ailələri görüşü” adlı tədbir keçirilib.
Tədbir çərçivəsində “Səlcuq Bayraktar ilə milli texnologiya həmləsi söhbəti” də baş tutub.

Açıklama yok.

Tədbirdə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar, “BAYKAR Savunma” şirkətinin rəhbəri Haluk Bayraktar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.
Görüşü açıq elan edən Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarix elmləri doktoru Telman Nüsrətoğlu Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyin önəmindən bəhs edib və Azərbaycan xalqının bu dəstəyi heç vaxt unutmayacağını bildirib.

Açıklama yok.
Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren türk cümhuriyyətlərinin müstəqilliyini bərpa etməsindən sonra Türkiyənin təqaüd proqramları vasitəsilə öz soydaşlarının təhsilinə dəstək verdiyini və bu dəstəyin bu gün də davam etdiyini söyləyib. O, rəhbərlik etdiyi qurumun Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiyini xüsusi vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 15 sentyabr 1918-ci ildə Bakının qurtuluşundan bəri bir millət, iki dövlətin qardaşlıq əlaqələrinin zaman-zaman daha da möhkəmləndiyini və bunun zirvəsinin 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi olduğunu qeyd edib. O, Kıbrıs hərəkatı zamanı patrona da ehtiyac duyan Türkiyənin bu gün müdafiə sənayesi sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevrilməsindən qürur duyduğunu deyib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, 2014-cü ildən etibarən Türk Şurasına üzv dövlətlərin diasporla iş üzrə Təmas Qrupu fəaliyyət göstərir. İki ölkənin prezidentlərinin dostluq və qardaşlıq münasibətləri dövlət qurumlarının fəaliyyətinə də sirayət edib. Təkcə diaspor sahəsində Azərbaycan və Türkiyənin 70 ölkədə sıx əməkdaşlığı mövcuddur. Son iki il ərzində Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi arasında səkkiz görüş keçirilib.

Açıklama yok.

“TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Səlcuq Bayraktar xaricdə keçirilən ilk “TEKNOFEST” festivalının məhz Azərbaycanda baş tutmasının təsadüfi olmadığını vurğulayıb. Daha sonra o, pilotsuz uçan aparat hazırlıqlarına başlamasından “Bayraktar TB-3”ə qədər keçilən yol barədə məlumat verib və yeni nəsil PUA-ların hazırlanmasında azərbaycanlı mütəxəssislərin də iştirak ediyini söyləyib.

Açıklama yok.

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.