Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib 2024 Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib Praqada yerləşən “Divadlo D21“ teatrında “Sevginin iştahası böyükdür” (“U lyubvi appretit piranyi”) tamaşasının premyerası keçirilib.
Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib
Yayın: 18 Nisan 2024 KÜLTÜR SANAT Google News

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

2024

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Praqada yerləşən “Divadlo D21“ teatrında “Sevginin iştahası böyükdür” (“U lyubvi appretit piranyi”) tamaşasının premyerası keçirilib.

 

 

 

 

Tamaşanın müəllifləri – Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiyadakı koordinatoru, Praqada fəaliyyət göstərən “Natəvan” Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Leyla Begim və ssenarist-dramaturq Yefim Abramovdur. Tamaşanın rejissoru Praqada yerləşən “Bir Şairin Teatrı”nın direktoru Oleq Ovçarovdur.

Azərbaycanın Çexiyadakı səfirliyinin, diaspor üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən premyera teatrsevərlərin böyük marağına səbəb olub.

Qeyd edək ki, Leyla Begimin ssenari müəllifi və rejissor olduğu daha bir layihəsi, “Olmaq, yoxsa olmaq?” qısametrajlı filmi Nyu-York – İstanbul Qısametrajlı Filmlər Beynəlxalq Festivalının qalibi olub. Praqa və Bakı şəhərlərində lentə alınmış film, həmçinin “Prague International Film Awards” və “Roma Prisma Film Awards” festivallarının final mərhələlərinə nominasiya alıb. “Prague International Film Awards” festivalının final mərhələsi aprelin 26-da keçiriləcək.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-yazicinin-eseri-praqada-sehnelesdirilib-4552

 

 

Son Güncelleme: 18 Nisan 2024