Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

ABŞ-ın Dallas şəhərində mina təhlükəsi ilə bağlı Azərbaycana dəstək kampaniyası keçiriləcək

ABŞ-ın Dallas şəhərində mina təhlükəsi ilə bağlı Azərbaycana dəstək kampaniyası keçiriləcək
REKLAM ALANI
16.09.2023
A+
A-

 

 

 

 

ABŞ-ın Dallas şəhərində mina təhlükəsi ilə bağlı Azərbaycana dəstək kampaniyası keçiriləcək

, 2023

ABŞ-ın Dallas şəhərində mina təhlükəsi ilə bağlı Azərbaycana dəstək kampaniyası keçiriləcək

 

 

 

ABŞ-ın Dallas şəhərində Azərbaycandakı mina problemi ilə əlaqədar “Texaslılar minasız dünya üçün – Azərbaycan” adlı layihəyə start verilib.

 

 

 

 

Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri, tanınmış musiqiçi Cəmilə Cavadova-Şpitsberqin təşəbbüsü ilə həyata keçirilən layihədə əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğaldan azad edilmiş rayonlarındakı mina probleminə cəlb etmək və minaaxtaran itlərin alınaraq ölkəmizə göndərilməsi ilə torpaqlarımızın minadan təmizləmə prosesinə kömək etməkdir.

 

 

 

Amerika Azərbaycan Koordinasiya Şurasının (AAKŞ) üzvü olan təşkilatın çağırışına digər Şura üzvləri və ABŞ-da fəaliyyət göstərən təşkilatlar da qoşulur.

 

 

 

Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri adından Texasdakı bütün icmalara ünvanlanan müraciətdə bildirilib ki, Azərbaycan əsilli amerikalıların tarixi vətəni olan Azərbaycan Respublikası 30 illik işğal müddətində çətin sınaqlardan keçib və indiyədək həmin dövrün ağır yükünü daşımaqdadır.

Qeyd edilib ki, bu çətinliklərdən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində kütləvi şəkildə basdırdığı mina təhlükəsi ilə bağlıdır. Bu minaların Azərbaycanın ətraf mühitini çirkləndirdiyi və öz doğma yurduna qayıtmaq istəyən dinc azərbaycanlıların həyatını ölümlə təhdid etdiyi diqqətə çatdırılıb.

 

 

 

 

“Marshal Legacy Instute” (MLI) qeyri-kommersiya təşkilatının mina axtaran itlər proqramını (The Mine Detec.on Dog Partnership Program) xatırladan Fond rəhbəri nəzərə çatdırıb ki, xüsusi təlim görmüş bu itlərin alınması və Azərbaycana göndərilməsi məqsədilə tələb olunan vəsaitin toplanması üçün 29 sentyabr 2023-cü ildə Dallasda mədəni tədbir keçiriləcək. Müxtəlif icmaların rəhbərlərinin və rəsmi şəxslərin dəvət olunduğu tədbirdən əldə olunacaq bütün vəsait MLI-nin hesabına köçürüləcək.

Fond rəhbəri amerikalıları vəziyyəti yaxşılığa doğru dəyişmək naminə bu kampaniyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, bu xeyirxah aksiyada hər kəs iştirak edərək, minaaxtaran itlərin alınmasına kömək edə bilər. Vəsaitin toplanmasına dəstək məqsədilə əlavə edilmiş link və ya QR-koddan asanlıqla istifadə edilə bilər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-in-dallas-seherinde-mina-tehlukesi-ile-bagli-azerbaycana-destek-kampaniyasi-kecirilecek-3460

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.